Bank Of Baku

Gürcüstanda rusiyalı turist öldürülüb, saxlanılanlar var

Gürcüstanda rusiyalı turist öldürülüb, saxlanılanlar var
# 06 yanvar 2025 21:08 (UTC +04:00)

Gürcüstanda rusiyalı turist öldürülüb, iki təqsirləndirilən şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Arbat Media” məlumat yayıb.

İstintaq müəyyən edib ki, cinayətkarlar yanvarın 5-də Zuqdididən Mestia dağ-xizək kurortuna gedən ər-arvadı qarət edib, onların mobil telefonlarını oğurlayıb və kişini güllələyiblər.

Cinayəti ört-basdır etmək üçün isə mərhumun meyitini çaya atıblar.

Saxlanılanların 33 və 39 yaşı var. Onları 20 ilə qədər və ya ömürlük həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR