Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 212 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 649 407, ölənlərin sayı isə 9 370 nəfərə çatıb. Virusa yoluxanlardan 607 563 nəfərin sağaldığı bildirilir.