Gürcüstanın Baş naziri Şarl Mişellə görüşüb

Gürcüstanın Baş naziri Şarl Mişellə görüşüb
# 20 fevral 2024 23:00 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin administrasiyası yayıb. Bildirilib ki, tərəflər Gürcüstanın Aİ-yə üzvlük prosesini və bu istiqamətdə həyata keçirilən islahatları müzakirə ediblər.

Görüş zamanı Gürcüstandakı siyasi vəziyyət də müzakirə edilib. Hökumət başçısı Gürcüstan hökumətinin artıq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) seçki müşahidə missiyası üçün dəvət göndərdiyini, hökumətin azad, ədalətli və şəffaf seçkilər keçirəcəyini qeyd edib.

Kobaxidze Gürcüstan-Rusiya münaqişəsinin dinc yolla tənzimlənməsi prosesində Aİ-nin daha aktiv roluna ehtiyacı da vurğulayıb.

Qeyd olunub ki, görüş zamanı regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlara diqqət yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR