Gürcüstanda elektrik enerjisi təchizatının dayandırılmasının dəqiq səbəbləri müəyyən edilir.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə "Gürcüstanın Dövlət Elektrosistemi" Səhmdar Cəmiyyətindən bildirilib.
Məlumata əsasən, elektrik enerjisi təchizatı mərhələli şəkildə və ən qısa müddətdə tam bərpa olunacaq.
Qeyd olunub ki, hazırda Mtsxeta-Mtianeti bölgəsinin və Tbilisinin böyük bir hissəsinin elektrik enerjisi ilə təchizatı qismən bərpa olunub.
***
00:36
Gürcüstanın əksər şəhər və rayonlarında elektrik enerjisinin verilişi dayandırılıb.
APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi, Rustavi, Batumi və digər böyük şəhərlərin də işıqla təminatında fasilə yaranıb.
Kütləvi elektrik enerjisi kəsintisinin səbəbi hələ məlum deyil.