Xankəndi şəhərində yerləşən kafelərdən birində yanğın baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Gəncə Təndiri yaxınlığında yerləşən "Turan" kafesində qeydə alınıb.
Yanğın zamanı kafedə köməksiz vəziyyətdə qalan iki nəfər hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Kafenin müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alan işçiləri; 1983-cü il təvəllüdlü Zibeydə Əsədova və 1997-ci il təvəllüdlü Fidan Qafarova xəstəxanaya yerləşdiriliblər.
Yanğın nəticəsində kafenin mətbəx hissəsi 15 kvadratmetr sahədə yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub.