Bank Of Baku

Gürcüstanın keçmiş XİN başçısı Ukraynada qəzaya düşüb

Gürcüstanın keçmiş XİN başçısı Ukraynada qəzaya düşüb
# 09 oktyabr 2023 13:33 (UTC +04:00)

Gürcüstanın keçmiş xarici işlər naziri Eka Tkeşelaşvili Ukraynda qəzaya düşüb.

APA Ukrayna KİV-nə istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də baş verib. Məlumata görə, sabiq nazirin olduğu “Audi” markalı avtomobil Lvov-Çop magistralında hərəkət edərkən qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub.

Sabiq nazir qəza nəticəsində sol qolunda sınıq, baş-beyin silkələnməsi və döş qəfəsinin əzilməsi diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

“Hyundai” markalı avtomobilin sürücüsünün isə hadisə yerində həlak olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR