Bank Of Baku

Hakan Fidan Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələrin narahatlıqları daha da artırdığını deyib

Türkiyənin xarici işlər naziri Hakan Fidan

© APA | Türkiyənin xarici işlər naziri Hakan Fidan

# 16 iyul 2026 11:49 (UTC +04:00)

Türkiyə şirkətləri davam edən müharibəyə baxmayaraq, Ukraynadakı fəaliyyətlərini davam etdirir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində ukraynalı həmkarı Andriy Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Fidan qeyd edib ki, Türkiyə şirkətləri Ukraynanın yenidən qurulması, eləcə də müharibədən sonrakı bərpa və iqtisadi inkişaf proseslərinə töhfə verəcək.

Hakan Fidan münaqişənin yayılması riskinin hələ də ciddi təhdid olaraq qaldığını deyib.

O, Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələrin narahatlıqları daha da artırdığını qeyd edib: “Biz müharibənin Qara dənizə yayılmasını istəmirik. Qara dənizdə sabitliyin qorunması vacibdir. Limanların, tankerlərin və balıqçı qayıqlarının hədəfə alınması, mülki şəxslərin həyatının riskə atılması qəbuledilməzdir. Bütün tərəflər təmkinli və məsuliyyətli davranmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR