Bank Of Baku

Hindistanda bina uçub, 152 nəfər dağıntılar altında qalıb - YENİLƏNİB

Hindistanda bina uçub, 152 nəfər dağıntılar altında qalıb - YENİLƏNİB
# 19 mart 2019 18:29 (UTC +04:00)

Hindistanda binanın uçması nəticəsində ölənlərin sayı 2-yə çatıb.

ONA xəbər verir ki, bu barədə AFP Hindistan rəsmilərinə əsasən məlumat yayıb.

Bildirilir ki, ümumilikdə dağıntılar altından 8 nəfər çıxarılıb. 13 nəfər xəstəxanaya yerləşdirilib. 

Rəsmilərin məlumatına görə, dağıntılar altında 152 nəfərin qaldığı güman edilir. Hadisə yerinə 20 təcili yardım maşını cəlb edilib. 

* * *

Saat 16:14

Hindistanda yaşayış binasının uçması nəticəsində 90 nəfər binanın atında qalıb.

ONA-nın “Times of India”ya istinadən verdiyi məlumata görə, hadisə Karnataka ştatının Dxarvad şəhərində baş verib. Bir nəfərin öldüyü təsdiqlənib. Hadisə  zamanı binanın 60-a yaxın mağazanın fəaliyyət göstərdiyi 1 və 2-ci mərtəbələrində 150-yə yaxın adam olub. Hadisə yerində xilasetmə işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR