Bank Of Baku

İndoneziyada 5,4 bal gücündə zəlzələ qeydə alınıb

İndoneziyada 5,4 bal gücündə zəlzələ qeydə alınıb
# 24 mart 2019 06:15 (UTC +04:00)

İndoneziyanın Sulavesi adasında 5,4 bal gücündə zəlzələ olub.

ONA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji xidmətindən məlumat yayılıb.

Seysmoloqların bildirdiyinə görə, zəlzələ yerli vaxtla saat 01:31-də Pendolo şəhərindən 30 kilometr şimal-qərbdə baş verib.

Yeraltı təkanların episentri 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində zərərçəkənlərin olub-olmaması barədə xəbər verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR