Bank Of Baku

İndoneziyada 6,1 maqnitudalı zəlzələ olub

İndoneziyada 6,1 maqnitudalı zəlzələ olub
# 24 mart 2019 09:24 (UTC +04:00)

Bu gün yerli vaxtla saat 04.37 radələrində İndoneziyanın cənubunda 6,1 maqnitudalı zəlzələ olub.

ONA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı  Bitunq şəhərindən 141 km şimal-şərqdə, 37,4 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi barədə xəbərdarlıq olmayıb.

Qeyd edək ki, bundan əvvəl yerli vaxtla saat 01.31 radələrində İndoneziyanın Sulavesi adasında 5,4 maqnitudalı zəlzələ olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR