Bank Of Baku

İndoneziyada daşqın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb

İndoneziyada daşqın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb
# 18 mart 2019 11:09 (UTC +04:00)

İndoneziyanın Papua vilayətində  baş vermiş daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.

ONA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Hadisə nəticəsində 116 nəfər xəsarət alıb. Xilasedicilər itkin düşmüş daha onlarla insanın axtarışını davam etdirir.

Qeyd edək ki, hadisə martın 16-da vilayətin şimal şərq hissəsində baş verib. Güclü leysan yağışları daşqına və torpaq sürüşməsinə səbəb olub. Onlarla ev və iki körpü dağılıb.

Hazırda 120-yə yaxın sakin evakuasiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR