Aİ-nin genişlənməsi bir sıra daxili problemlər yaradacaq.
APA “Al Jazeera”yə istinadən xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançez Qranadada keçirilən 3-cü Avropa Siyasi İcması Sammitindən öncə jurnalistlərə açıqlamasında deyib.
“27 ölkəli Aİ-dən 35 ölkəli Aİ-yə keçmək bir çox daxili çətinliklər yaradacaq. Bizi Aİ-də dərin islahatlara aparacaq bu geniş müzakirəni Qranadada açacağıq”, - Sançez deyib.