Bank Of Baku

İspaniya MN: NATO bizim iştirakımız olmadan effektiv fəaliyyət göstərə bilməz

İspaniya MN: NATO bizim iştirakımız olmadan effektiv fəaliyyət göstərə bilməz
# 24 aprel 2026 22:38 (UTC +04:00)

NATO İspaniyanın iştirakı olmadan öz funksiyalarını tam yerinə yetirə bilməz.

APA xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles "X" hesabında yazıb.

Nazirin sözlərinə görə, İspaniya NATO-nun şərq cinahında aktiv iştirak edir, quruda, dənizdə və havada müxtəlif əməliyyatlarda təmsil olunur.

O qeyd edib ki, ölkəsi alyans qarşısında bütün öhdəliklərini yerinə yetirir və bu istiqamətdə etibarlı tərəfdaşdır.

Robles əlavə edib ki, İspaniyanın NATO-ya sadiqliyi şübhə altına alına bilməz və ölkə təhlükəsizlik məsələlərində fəal rol oynamağa davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR