Bank Of Baku

İsrail ordusu Hələb istiqamətində hava zərbələri endirib

İsrail ordusu Hələb istiqamətində hava zərbələri endirib
# 28 mart 2019 02:13 (UTC +04:00)

Suriya ordusunun havadanmüdafiə qüvvələri Hələb hava limanı ətrafında hava hücumlarının qarşısını alıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hava zərbələri İsrail hərbçiləri tərəfindən atılıb. Havadanmüdafiə qüvvələri şəhər səmasında bir neçə hədəfi məhv edib.

Şəhərdə həyəcan siqnalı verilib. Hücumlar nəticəsində Hələb şəhərində elektrik enerjisi dayanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR