Gəmidə baş verən nasazlığa görə bağlanmış İstanbul boğazında hərəkət bərpa olunub.
APA-nın Anadolu Agentliyinə istinadla xəbərinə görə, mühərrikində nasazlıq yaranan gəmi təhlükəsiz əraziyə dartıldıqdan sonra boğazda hərəkət hər 2 istiqamətdə adi rejimdə davam edir.
***
21.39
Gəmidə baş verən nasazlığa görə İstanbul boğazında naviqasiya hər 2 istiqamətdə dayandırılıb.
APA-nın Anadolu Agentliyinə istinadla xəbərinə görə, Misirdən Bolqarıstana hərəkət edən SPARTA adlı gəmidə Yavuz Sultan Səlim körpüsü yaxınlığında nasazlıq yaranıb.
Türkiyəyə məxsus 2 yedəkçi gəmi 134 metrlik nasaz gəmini kənarlaşdırmaq üçün əməliyyata başlayıb. Bu səbəbdən boğazda hərəkət hər 2 istiqamətdə dayandırılıb.