Paşha Bank
Bank Of Baku

Fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə vergi yeni qaydada hesablanacaq

Fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə vergi yeni qaydada hesablanacaq
# 05 noyabr 2026 11:31 (UTC +04:00)

Vergi orqanında uçotda olan fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə xərclərin gəlirdən çıxılması və gəlir vergisi dərəcəsinin 20% tətbiq edilməsi təklif olunur.

APA-nın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, vergitutmanın formalarından biri də verginin bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək) tutulmasıdır. Vergi Məcəlləsinin 96.1-ci maddəsinin müddəalarına əsasən ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Vergi Məcəlləsinin hal-hazırda qüvvədə olan müddəalarına əsasən, fiziki şəxslər tərəfindən əmlakın icarəyə verilməsinə görə ödənilən haqlardan ödəmə mənbəyində vergi tutularkən icarə məbləğindən vergi hesablanır və həmin məbləğlər bir daha vergiyə cəlb olunmur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən fiziki şəxs Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq icarə haqqından 14 faiz dərəcə ilə vergini özü ödəyir. Nəticədə fiziki şəxslərin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirləri xərclər çıxılmadan vergiyə cəlb olunur. Eyni zamanda, əmlakını icarəyə verən hüquqi şəxslər bu fəaliyyət üzrə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur və hüquqi şəxslər bu gəlirlərini ümumi vergitutulan gəlirlərinə aid etməklə bu gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri çıxaraq mənfəət vergisi hesablayırlar.

Əmlakın icarəyə verilməsi fəaliyyəti üzrə fiziki şəxslər tərəfindən xərclərin çəkilməsi hallarının mümkünlüyü nəzərə alınaraq, vergi ödəyicisi olan fiziki şəxslərin vergi yüklərinin fərdi sahibkarların vergi yükləri ilə bərabərləşdirilməsi və əmlakın icarəyə verilməsi zamanı vergini özü ödəyən vergi ödəyicilərinə bu sahədə çəkilən xərclərin gəlirdən çıxılma imkanlarının verilməsi məqsədilə, həmin vergi ödəyicilərinə bu sahədə çəkilən xərclərin gəlirdən çıxılaraq 20 faiz dərəcə ilə vergilərin ödənilməsi seçiminin verilməsi təklif olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR