Bank Of Baku

İsveç NATO-nun logistika qərargahına ev sahibliyi edəcək

İsveç NATO-nun logistika qərargahına ev sahibliyi edəcək
# 21 avqust 2025 15:41 (UTC +04:00)

İsveç NATO-nun logistika qərargahına ev sahibliyi edəcək.

APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, İsveçin müdafiə naziri Pan Conson qərargah Stokholmun şimal-qərb hissəsi olan Enkopinqdə qurulacağını deyib.

Onun sözlərinə görə, NATO-nun İsveçdə mövcudluğu ölkənin təhlükəsizliyi və çəkindiriciliyini gücləndirir, logistika mərkəzi isə NATO-nun şimal cinahının müdafiəsini möhkəmləndirir.

Belə ki, sülh şəraitində qərargahda təxminən 70 nəfərlik işçi heyəti fəaliyyət göstərəcək.

Döyüş şəraitində isə bu rəqəm 160- a qədər yüksəldilmə potensialına malikdir.

Qərargahın 2027-ci ilin sonuna qədər tam aktiv vəziyyətə gətirilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR