Bank Of Baku

İsveç Rusiyanın "kölgə donanmasına" aid gəmini Ukraynaya verəcək

İsveç Rusiyanın "kölgə donanmasına" aid gəmini Ukraynaya verəcək
# 06 avqust 2026 08:08 (UTC +04:00)

İsveç məhkəməsi Rusiyanın "kölgə donanmasına" aid olduğu bildirilən "Caffa" gəmisinin Ukraynaya verilməsi barədə qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, gəmi işğal altındakı Sevastopoldan qanunsuz taxıl daşınmasında istifadə olunub.

Sibiqa qərarın mühüm presedent yaratdığını bildirərək vurğulayıb ki, bu addım Rusiyanın "kölgə donanması" vasitəsilə müharibəni maliyyələşdirməsinin qarşısının alınmasına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR