İsveç xarici işlər naziri Tobias Billström Türkiyəyə başsağlığı verib.
APA xəbər verir ki, bu barədə İsveç XİN başçısı "Twitter"də bildirib.
"Türkiyənin Stokholm səfirliyində başsağlığı kitabını imzaladım. Zəlzələdən sonra dağıntılar və insanların iztirabları haqqında eşitmək çox dəhşətlidir. Aİ Şurasına sədrlik edən ölkə olaraq Türkiyə xalqına mümkün olan bütün yollarla və bacardığımız qədər kömək etməyə çalışacağıq", - İsveç XİN başçısı deyib.