Avropa İttifaqı “Aspides” dəniz missiyasının mandatını dəyişə bilər.
Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Hörmüz Boğazının açıq qalması Avropa İttifaqının maraqlarına uyğundur və bu həyati əhəmiyyətli dəniz nəqliyyatı marşrutunun açıq qalmasını təmin etmək üçün Aİ-nin nə edə biləcəyi müzakirə olunacaq.
Qeyd edək ki, “Aspides” Avropa İttifaqı tərəfindən Qırmızı Dənizdə gəmilərin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün yaradılmış missiyadır.
Xatırladaq ki, Aİ-nin enerji nazirləri neft-qaz qiymətlərinin kəskin artımına qarşı tədbirləri müzakirə edəcəklər.