Bank Of Baku

Kallas: Aİ liderləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin qəbuluna hazırdır

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas

© APA | Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas

# 24 aprel 2026 13:36 (UTC +04:00)

Avropa İttifaqı liderləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin irəli aparılmasını təşviq edirlər.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” səhifəsində yazıb.

Kallas uzun müddət bloklanmış bir sıra qərarların yenidən nəzərdən keçirilməsi istiqamətində müəyyən irəliləyişin müşahidə olunduğunu vurğulayıb.

O, artıq Aİ liderlərinin Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin qəbuluna hazır olduqlarını bildirib.

Kallas qeyd edib ki, bu addım Rusiyaya daha bir aydın siqnal verəcək, eyni zamanda, Ukraynanın Avropa üçün daha böyük əhəmiyyət daşıdığını göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR