Aİ Suriya ilə tərəfdaşlığı genişləndirmək istəyir.
“Arab News”un xəbərinə görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Dəməşqə səfəri zamanı deyib.
O, Avropa İttifaqının Suriya ilə tərəfdaşlığını genişləndirmək və ölkənin bərpasına dəstək vermək istədiyini bildirib.
Kallas bildirib ki, Aİ indi Suriyaya daha çox investisiya cəlb etmək və tərəfdaşlığı yeni mərhələyə keçirmək niyyətindədir.
“Lakin bu, böyük ölçüdə Suriyanın atacağı addımlardan da asılıdır”, - Aİ rəsmisi vurğulayıb.
O, Suriyada institusional və təhlükəsizlik sahələrində islahatların aparılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Bəşər Əsəd rejiminin 2024-cü ilin dekabrında devrilməsindən sonra Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları aradan qaldırıb.