Bank Of Baku

Kemeron: Britaniya Qəzza və Ukraynada yaşananlarla bağlı ikili standart nümayiş etdirmir

Britaniya xarici işlər naziri Devid Kemeron

© APA | Britaniya xarici işlər naziri Devid Kemeron

# 21 dekabr 2023 14:59 (UTC +04:00)

"Böyük Britaniya Qəzza və Ukraynada yaşananlarla bağlı ikili standart nümayiş etdirmir".

APA xəbər verir ki, bunu Misirdə səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron misirli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Mən bu məsələdə ikili standart olduğunu qəbul etmirəm. Rusiya və Ukrayna müharibəsində məsələ çox sadədir, bir ölkə - Rusiya digər ölkəni - Ukraynanı işğal edir. Rusiya Ukraynanın torpaqlarını işğal edir və ərazi bütövlüyün pozur. Bu müharibədən yalnız Ukrayna xalqı əziyyət çəkmir, burada da insanlar əziyyət çəkir, çörəyin qiyməti artır, çünki Ukrayna dünyanın çörək mənbələrindən biridir. Hesab edirəm ki, bütün ölkələr Rusiyanın etdiklərini pisləməlidir və Ukraynanı dəstəkləməlidir. Bəli, biz Qəzzada faciənin yaşandığını görürük, ancaq eyni zamanda biz 7 oktyabrda nə baş verdiyini də unutmamalıyıq. Əlbəttə ki, biz İsrailə çağırış edirik və vurğulayırıq ki, İsrail apardığı əməliyyat zamanı beynəlxalq humanitar hüquqa riayət etməlidir, Qəzzada mülki itkilər minimuma endirilməlidir”.

Britaniyalı nazir Qəzza və Ukrayna arasında fərqlərin olduğunu deyib.

“Biz hesab edirik ki, bu müharibə mümkün qədər tez bitməli və dayanıqlı atəşkəs əldə olunmalıdır. Eyni zamanda, HAMAS artıq İsraili raketlərlə və terrorizmlə təhdid etməyəcək, döyüşlər dayanacaq, uzunmüddətli sülh üçün danışıqlar başlayacaq və İsrail və Fələstin öz sərhədləri daxilində təhlükəsizlikdə olacaq. Və bütün bunlarla yanaşı qısa müddətdə istədiyimiz odur ki, Qəzzaya daha çox yardım daxil olsun və girovlar azad olunsun. Əgər humanitar atəşkəs elə bu gün başlasa, buna məndən çox sevinən olmaz".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR