Fransanın 50 mədəniyyət xadimi aktyor Jerar Depardyeyə qarşı cinsi qısnama iddiaları fonunda onu dəstəkləyib.
APA xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Qəzetin məlumatına görə, Depardyeni dəstəkləyənlər arasında Pyer Riçard, Vinsent Peres, Karol Buket və Karla Bruni də var.
Məktubda deyilir: “Biz artıq ona qarşı yönəlmiş bu linç və nifrətin yayılmasına səssizcə baxa bilmərik.
Bundan əlavə, fransız mədəniyyət xadimləri aktyora qarşı kampaniyanın “təqsirsizlik prezumpsiyası prinsipinə zidd” aparıldığını qeyd ediblər".
Xatırladaq ki, Fransada 13 qadın Depardyeni cinsi təcavüzdə ittiham etmişdi.