Bank Of Baku

KİV: Böyük Britaniyada parlament seçkiləri 2024-cü ilin yazında keçirilə bilər

KİV: Böyük Britaniyada parlament seçkiləri 2024-cü ilin yazında keçirilə bilər
# 24 noyabr 2023 05:35 (UTC +04:00)

Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata) ümumi seçkilər 2024-cü ilin yazında keçirilə bilər.

APA xəbər verir ki, bu barədə krallığın hökumətindəki mənbələrə istinadən “The Daily Telegraph” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Böyük Britaniya Xəzinədarlığının yüksək rütbəli rəsmiləri indi büdcə mesajının əksər hallarda olduğu kimi martda deyil, fevralda təqdim edilməsi imkanlarını müzakirə edirlər. “The Daily Telegraph” belə planların yazda keçiriləcək parlament seçkilərinə hazırlıqdan xəbər verdiyini təklif edib. Səsvermə 2025-ci ilin yanvarından gec olmayaraq keçirilməlidir, Britaniya mediası daha əvvəl 2024-cü ilin oktyabr və ya noyabr aylarını əsas prioritet kimi göstərmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR