Bank Of Baku

KİV: İsveç gələn yaya qədər NATO üzvlüyü üçün Türkiyənin ratifikasiyasını gözləyə bilər

KİV: İsveç gələn yaya qədər NATO üzvlüyü üçün Türkiyənin ratifikasiyasını gözləyə bilər
# 15 dekabr 2023 18:18 (UTC +04:00)

İsveç gələn yaya qədər NATO-ya üzvlük üçün Türkiyənin ratifikasiyasını gözləməli ola bilər.

APA xəbər verir ki, bu barədə İsveçin "Sveriges Radio"su ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib.

Mənbənin sözlərinə görə, İsveçin NATO-ya üzvlüyü aylarla gecikə bilər.

“Ümid edirəm ki, bu (NATO-nun ratifikasiyası) iyula qədər həyata keçiriləcək”, - mənbə bildirib.


Qeyd edək ki, Ağ Ev məlumat yayıb ki, dekabrın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden NATO çərçivəsində əməkdaşlığı, eyni zamanda, İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər.

Xatırladaq ki, İsveçin NATO-ya üzvlüyü hələ də Türkiyə və Macarıstan parlamentləri tərəfindən ratifikasiya olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR