Bank Of Baku

Kobaxidze istefası ilə bağlı xəbərləri şərh edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 23 aprel 2026 12:47 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Kobaxidze istefası barədə yayılan xəbərləri şərh edib.

APA-nın yerli bürosu xəbər verir ki, o, bundan öncə də istefa verəcəyi barədə şayiələrin özünü doğrultmadığını deyib.

"Bu sualı mənə parlament və bələdiyyə seçkilərindən öncə və sonra vermisiniz. Siz artıq bir neçə dəfə məyus olmusunuz - bir dəfə, iki dəfə, üç dəfə, dörd dəfə. Bunu daha neçə dəfə təkrar etmək olar?!", - Kobaxidze əlavə edib.

Baş nazir ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Mamuka Mdinaradzeni özünə rəqib hesab edib-etmədiyi barədə sualı da cavablandırıb: "Bizim aramızda rəqabət heç zaman olmayıb və olmayacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR