Bank Of Baku

Kobaxidze Mirzoyanla regiondakı vəziyyəti müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 14 noyabr 2025 16:52 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.

APA-nın yerli bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, regiondakı mövcud vəziyyət müzakirə olunub.

Söhbət zamanı Gürcüstanla Ermənistan arasında mehriban qonşuluq münasibətləri də nəzərdən keçirilib. İki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğu qeyd edilib.

Xüsusi diqqət ticari-iqtisadi əməkdaşlığa və Ermənistanın Gürcüstanın ən iri ticarət tərəfdaşlarının onluğuna daxil olması faktına yönəldilib.

Görüşdə Gürcüstanın bölgənin sabit və sülh şəraitində inkişafındakı mühüm rolu vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR