Ukraynanın Avropa İttifaqına üzvlük prosesini davam etdirəcəyik.
APA xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Antonio Koşta “X” hesabında yazıb.
Koşta Aİ-nin Ukraynaya Dəstək Krediti Planının tam icrasının da sürətləndiriləcəyini bildirib.
Aİ lideri blokun Ukraynaya lazım olduğu qədər dəstək göstərəcəyini və müharibə bitdikdən sonra rəsmi Kiyevə təhlükəsizlik zəmanətlərinin veriləcəyini vurğulayıb.