İyunun 30-da Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.
APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, iyunun 30-da S.Lavrov türkiyəli həmkarı ilə danışıqlar aparmaq üçün Antalyaya səfər edəcək.
Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini, eləcə də gündəmdə duran aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Anatalyadakı görüşdə Lavrov və Çavuşoğlu Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Ukrayna, Şərqi Aralıq dənizi və Qara dəniz regionundakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.