Bank Of Baku

Litva “Frontex”in tələblərini yerinə yetirməkdən imtina edib

Litva “Frontex”in tələblərini yerinə yetirməkdən imtina edib
# 30 dekabr 2021 05:27 (UTC +04:00)

Litva hökuməti Avropa İttifaqının sərhədlərə nəzarət agentliyi “Frontex”in tələblərini yerinə yetirməkdən imtina edib.

APA-nın “Welt Online”a istinadla məlumatına görə, Agentilk rəsmi Vilnüsdən miqrantları Belarus ərazisinə deyil, nəzarət-buraxılış məntəqələrinə yönəltməyi tələb edib. Qurumdan bildirilib ki, bu halda mühacirlər qanuni şəkildə sərhədi keçə və sığınacaq üçün müraciət edə bilərlər. Rəsmi Vilnüs isə müvafiq təklifin “açıq sərhədlər” siyasəti olduğunu və bununla razılaşmadığını bəyan edib.

Bu arada, Polşa-Belarus sərhədində vəziyyət gərgin olaraq qalır. Poşlanın təhlükəsizlik qüvvələri sərhəddə atəş səslərinin eşidildiyini bildiriblər. Bununla belə Polşa sərhəd xidmətinin mətbuat katibi Anna Mixalskaya son sutkalarda sərhədi qanunsuz keçmək cəhdlərinin qeydə alınmadığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR