Bank Of Baku

Liz Trass: "Britaniya ucuz enerji naminə təhlükəsizliyini riskə ata bilməz"

Liz Trass: "Britaniya ucuz enerji naminə təhlükəsizliyini riskə ata bilməz"
# 20 sentyabr 2022 17:52 (UTC +04:00)

"Böyük Britaniyanın uzunmüddətli təhlükəsizliyi naminə daha yüksək enerji ödənişləri ödəməyə dəyər”.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu sözləri Britaniyanın Baş naziri Liz Trass BBC-yə açıqlamasında bildirib.

O qeyd edib ki, Böyük Britaniyanın uzunmüddətli təhlükəsizliyi hər şeydən üstündür və Böyük Britaniya ucuz enerji naminə təhlükəsizliyini riskə ata bilməz.

Qeyd edək ki, oktyabrın 1-dən etibarən Britaniyada ev təsərrüfatlarının enerji ödənişləri ildə təxminən 2500 funt-sterlinqə yüksələcək, bu da qismən Ukraynadakı müharibə zamanı Rusiya qazının ixracının azalması ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR