Londonun mərkəzində “Oxford Circus” metro stansiyası yaxınlığında naməlum şəxs bir nəfəri bıçaqlayıb.
APA LBC radiostansiyasına istinadən xəbər verir ki, hadisə nəticəsində başından bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şahidlərin köməyi ilə şübhəli bilinən 25 yaşlı kişi saxlanılıb.