Macarıstan Ukraynadan yerli şirkətlərini “müharibə sponsorları siyahısı”na daxil etməməyi tələb edib

Macarıstan Ukraynadan yerli şirkətlərini “müharibə sponsorları siyahısı”na daxil etməməyi tələb edib
# 04 oktyabr 2023 14:35 (UTC +04:00)

Macarıstan Ukraynadan macar şirkətlərini “müharibə sponsorları siyahısı”na daxil etməməyi tələb edib.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə ölkənin Baş nazirinin müavini Dmitri Alayba ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Siyartonun sözlərinə görə, Macarıstan Ukraynadan təminat tələb edir ki, OTP bankla olduğu kimi, Kiyev bir daha yanlışlıqla macar şirkətlərini “müharibə sponsorları siyahısı”na daxil etməsin.

Nazir OTP bank qrupunun adının həmin siyahıdan çıxarılmasını Ukrayna tərəfindən atılmış düzgün addım adlandırıb.

Xatırladaq ki, Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi (NACP) Macarıstanın OTP bank qrupunu Rusiyada fəaliyyətini davam etdirdiyi üçün “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR