Bank Of Baku

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasını dəstəkləməyəcək

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasını dəstəkləməyəcək
# 14 dekabr 2023 13:59 (UTC +04:00)

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların başlanmasını dəstəkləməyəcək.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə Aİ sammiti başlamadan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Orbanın fikrincə İttifaq bu məsələni üzvlük üçün bütün zəruri şərtlər yerinə yetirildiyi zaman müzakirə etməlidir və ölkəsi danışıqların başlanmasının tərəfdarı deyil.

Macar hökumətinin başçısı qeyd edib ki, yeddi ilkin şərt var idi, lakin Ukrayna onlardan üçünü yerinə yetirməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR