Fransa Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarı (“Merkosur”) arasında ticarət sazişinin əleyhinə səs verəcək.
APA "Le Monde"yə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
Makron qeyd edib ki, sazişin imzalanması prosesi bu məsələnin sonu deyil.
Onun sözlərinə görə, Avropa Komissiyasından əldə olunan öhdəliklərin tam və konkret şəkildə icrası, eləcə də Fransa fermerlərinin maraqlarının qorunması üçün mübarizəni davam etdirəcək.