Fransa Prezidenti Emmanuel Makron Türkiyə və Suriyada insan tələfatına səbəb olan zəlzələ ilə bağlı “Twitter”də paylaşım edib.
APA xəbər verir ki, paylaşımda deyilir:
“Güclü zəlzələdən sonra Türkiyə və Suriyadan dəhşətli görüntülər gəlir. Fransa, əhaliyə yerindəcə təcili yardım göstərməyə hazırdır. Qəlbimiz həlak olanların ailələri ilə birlikdədir”.