Bank Of Baku

Makron Lekornuya bazar gününə qədər hökuməti qurmağı tapşırıb

Makron Lekornuya bazar gününə qədər hökuməti qurmağı tapşırıb
# 05 oktyabr 2025 08:14 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron ölkənin yeni baş naziri Sebastien Lekornuya bazar günü axşama qədər hökuməti qurmağı tapşırıb.

APA xəbər verir ki, bu barədə BFMTV Makronun Dirçəliş partiyasındakı mənbəyə istinadən məlumat yayıb.

“Makron hökuməti formalaşdırmaq üçün Sebastien Lekornuya bazar günü axşama qədər vaxt verdi”, - məlumatda deyilir.

Eyni mənbələrə görə, Lekornunun yeni Fransa hökumətinin tərkibini bazar ertəsi səhərdən gec olmayaraq elan edəcəyi gözlənilir.

Telekanal yazır ki, Makron ölkənin solçuları ilə dialoq üçün hazırlanmış kabinetin formalaşmasını tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR