Makron Rusiya-Ukrayna müharibəsinə görə 20 Avropa liderini bir araya toplayır

Makron Rusiya-Ukrayna müharibəsinə görə 20 Avropa liderini bir araya toplayır
# 26 fevral 2024 04:04 (UTC +04:00)

Bu gün 20-yə yaxın avropalı lider Parisdə bir araya gələcək.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun müşaviri bildirib.

Bildirilib ki, məqsəd Kremlin Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəldiyi iddialarına qarşı çıxmaqdır.

"Son bir neçə həftə ərzində Rusiya təcavüzünün artması ilə əlaqədar təcili iclas çağırılır. Biz Putinə çox aydın siqnal göndərmək istəyirik ki, o, Ukraynada qalib gəlməyəcək. Məqsədimiz onun ideyasını məhv etməkdir", - Makronun müşaviri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR