Bank Of Baku

Makron və Şolts Hamburqda qeyri-rəsmi formatda danışıqlar aparacaq

Makron və Şolts Hamburqda qeyri-rəsmi formatda danışıqlar aparacaq
# 09 oktyabr 2023 03:44 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron bu gün Almaniyaya qeyr- rəsmi səfər edəcək.

APA xəbər verir ki, bu barədə Yelisye Sarayı məlumat yayıb.

Qeyd olunub ki, fransalı lider Hamburqda Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparmaq niyyətindədir.

Liderlər gündəmdə olan məsələləri müzakirə edəcək.

Görüşdən sonra heç bir yekun bəyanat olmayacaq.

Fransa liderinin administrasiyası səfərin qeyri-rəsmi xarakterini, o cümlədən “qayıqla gəzinti və Elba boyunca gəzintiləri” xüsusilə vurğulayıb.

Eyni zamanda Makronu səfərdə Fransa Nazirlər Kabinetinin 20-yə yaxın üzvü müşayiət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR