Bank Of Baku

Meksikada bir klinikada partlayış zamanı 14 nəfər xəsarət alıb

Meksikada bir klinikada partlayış zamanı 14 nəfər xəsarət alıb
# 31 mart 2019 01:39 (UTC +04:00)

Meksika paytaxtındakı klinikaların birində baş vermiş partlayış nəticəsində 14 nəfər xəsarət alıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Mexiko prokurorluğu məlumat yayıb.

“14 nəfərin xəsarət alması ilə nəticələnən partlayışa görə araşdırma aparılır. Həmin klinika Venustiano-Karransa rayonunda yerləşir”, - məlumatda belə qeyd olunur.

O da bildirilir ki, yaralılardan 9 nəfəri qadın, 5 nəfəri kişidir. Güclü partlayış zamanı, həmçinin yaxınlıqda olan altı avtomobilə də ziyan dəyib.

Hadisənin səbəbi hələlik bilinmir. İstintaqçıların ehtimalına görə, partlayış azot və oksigen qazının sızması nəticəsində meydana gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR