Bank Of Baku

Meksikada quldurlar 3 dəqiqədə 1 milyon dollardan çox pul qaçırıblar

Meksikada quldurlar 3 dəqiqədə 1 milyon dollardan çox pul qaçırıblar
# 05 aprel 2019 02:03 (UTC +04:00)

Meksikanın Quanaxuato ştatında hava limanında inkassator maşınına basqın olub.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Sakin okean aeroportları qrupu məlumat yayıb.

Maskalı şəxslər silahlanaraq hava limanının yay meydançasına daxil olublar və orada təyyarəyə pul yükləməyə hazırlaşan inkassasiya əməkdaşlarına basqın ediblər.

Nəticədə qarətçilər 20 milyon pesodan çox (təxminən 1,1 milyon dollar) pulu özləri ilə götürüblər. Basqın cəmi 3 dəqiqə çəkib.

Cinayətkarları hələ ki ələ keçirmək mümkün olmayıb. Polis hazırda axtarış aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR