Bank Of Baku

Merz: Rusiyanın Ukrayna ilə müharibədə qalib gəlmək şansı yoxdur

Almaniya kansleri Fridrix Merz

© APA | Almaniya kansleri Fridrix Merz

# 08 iyul 2026 13:00 (UTC +04:00)

Almaniya kansleri Fridrix Merz Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazanmaq imkanının olmadığını bildirib və müttəfiqləri Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

APA xəbər verir ki, Merz bu bəyanatı Ankarada keçirilən NATO sammitinin ikinci günü başlamazdan əvvəl verib.

"Rusiyanın bu müharibədə qalib gəlmək üçün heç bir şansı yoxdur. Onlar hərbi məqsədlərinə nail olmayacaqlar. Bu müharibə nə qədər tez başa çatsa, Avropa, Rusiya və bütün dünya üçün bir o qədər yaxşı olacaq", – Almaniya kansleri bildirib.

Merz əlavə edib ki, müttəfiqlər Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyi davam etdirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR