Bank Of Baku

Merz Trampla İranla razılaşmanı müzakirə edib

Almaniya kansleri Fridrix Merz və ABŞ Prezidenti Donald Tramp

© APA | Almaniya kansleri Fridrix Merz və ABŞ Prezidenti Donald Tramp

# 08 aprel 2026 23:23 (UTC +04:00)

Almaniya kansleri Fridrix Merz və ABŞ Prezidenti Donald Tramp telefon danışığında İran ətrafındakı vəziyyəti müzakirə edib.

Bu barədə "Der Spiegel" qəzeti hökumət mənbələrinə istinadən yazıb.

Məlumata görə, tərəflər İranla bağlı münaqişədə müvəqqəti atəşkəs razılaşmasını və transatlantik münasibətlərin gələcəyini müzakirə edib.

Qeyd olunur ki, son dövrdə Tramp Almaniyanın Hörmüz boğazının açılması əməliyyatında iştirak etməməsini tənqid edib və NATO-dan çıxmaqla hədələyib.

Danışıq zamanı Merz Vaşinqtonla etimadı bərpa etməyə çalışıb.

Telefon zənginin təşəbbüskarı Almaniya kansleri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR