MN rəhbəri İsveçin müdafiə xərclərinin artırılması təklifini dəstəkləyir

MN rəhbəri İsveçin müdafiə xərclərinin artırılması təklifini dəstəkləyir
# 26 aprel 2024 17:15 (UTC +04:00)

İsveçin müdafiə naziri Pol Yonson ölkənin müdafiə xərclərinin artırılması təklifini dəstəkləyir.

APA xəbər verir ki, bu barədə müdafiə naziri Yonson "X" hesabında paylaşım edib.

"Mən İsveç Müdafiə Komissiyasının İsveçin müdafiə xərclərinin 2028-ci ilə qədər ÜDM-in 2,6%-nə qədər artırılması təklifini alqışlayıram", - nazir bildirib.

Onun sözlərinə görə, İsveç Müdafiə Komissiyası bu gün İsveçin ümumi müdafiəsinin inkişafı üçün uzunmüddətli plana dair yekun hesabatı təqdim edib.

Müdafiə naziri bildirib ki, hesabatda artıq qərarlaşdırılmış artıma əlavə olaraq qarşıdakı dövr ərzində ümumi müdafiəyə daha 9,8 milyard dollar əlavə edilməsi təklif edilir ki bunun da 6,4 milyard dolları hərbi müdafiə, 3.4 milyard dolları mülki müdafiə üçün nəzərdə tutulur.

Əsas təkliflərə dörd ordu briqadasını nəzərdə tutulandan beş il tez yəni 2030-cu ilə qədər hazırlamaq; 2032-ci ilə qədər 12000 çağırışçını əsas hərbi hazırlığa cəlb etmək; sursat və ehtiyat hissələri də daxil olmaqla təchizatın satın alınması; ərazi müdafiəsi üçün yeni hərbi hissələr yaratmaq; müharibə tələblərinə cavab vermək üçün təlimlərin təkrarlarının təmin edilməsi; könüllü müdafiə təşkilatlarının daha çox maliyyələşdirilməsi; zabit hazırlığının genişləndirilməsi; uzun mənzilli döyüş qabiliyyətinin inkişafı; Hərbi Dəniz Qüvvələri üçün gücləndirilmiş kadr bölgüsü; genişləndirilmiş hava hücumundan müdafiə qabiliyyəti də daxildir.

"Biz həmçinin Ukraynadan silahlı qüvvələrdə innovasiyaları necə inkişaf etdirməklə bağlı dərsləri öyrənməli və tətbiq etməliyik", - nazir deyib.

Müdafiə nazir Pol Yonson əlavə edib ki, İsveç Parlamentindəki səkkiz partiyanın hamısı bu hesabatı dəstəkləyir.

"Bu (hesabatdakı təkliflər -red.), hökumətin 2024-cü ilin sonuna qədər qərara alınması üçün parlamentə təqdim olunacaq 2025-2030-cu illər üçün müdafiə sahəsi ilə bağlı qanun layihəsi üzərində davam etdirdiyi işin mərkəzi elementi olacaq. Mövcud təhlükəsizlik vəziyyəti və NATO-nun müdafiə planlaması yüksək səviyyəli çeviklik və hazırlıq tələb edir

Hökumət gələn il ərzində təhlükəsizlik vəziyyəti tələb edərsə və NATO-nun bacarıqlarla bağlı hədəfləri çərçivəsində tələb olunarsa düzəlişlər etməyə hazırdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR