Bank Of Baku

Mogerini: "Aİ İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanımır”

Mogerini: "Aİ İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanımır”
# 27 mart 2019 15:28 (UTC +04:00)

“Qolan yüksəklikləri ilə bağlı Avropa İttifaqının mövqeyi dəyişməyib".

ONA-nın Aİ-yə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali  nümayəndəsi Federika Mogerinin bəyanatında deyilir. “Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 242 və 497 saylı qətnamələrinə uyğun olaraq Aİ İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanımır”,- deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, martın 21-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İsrailin Qolan yüksəkləri üzərində suverenliyini tanımasının vaxtı çatdığını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR