Moldova Xarici İşlər Nazirliyi Kiyevin Dnestryanıda Ukrayna konsulluğunun açıla biləcəyi ilə bağlı açıqlamalarını təkzib edib.
APA xəbər verir ki, bu barədə Moldova XİN mətbuat xidməti tərəfindən bəyanat yayılıb.
Bəyanatda deyilir ki, Kişineu Ukraynanın Dnestryanıda konsulluq xidmətləri göstərmək təşəbbüsündən xəbərdardır, lakin hələ bu məsələ müzakirə edilmir.
Qeyd olunub ki, Dnestr çayının sol sahilində Moldova konstitusiya orqanlarının nəzarəti altında olmayan daimi Ukrayna konsulluğunun açılmasından söhbət gedə bilməz.
Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Dnestryanı regionda konsulluq xidmətlərinin göstərilməsini bərpa edə biləcəyi ilə bağlı 20 fevral tarixində açıqlama yaymışdı.