Bank Of Baku

Müdafiə naziri ABŞ-ın qoşunlarını Almaniyadan çıxarmaq qərarına münasibət bildirib

Müdafiə naziri ABŞ-ın qoşunlarını Almaniyadan çıxarmaq qərarına münasibət bildirib
# 02 may 2026 13:57 (UTC +04:00)

Avropa ölkələri öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımalıdır.

Sky News-un yaydığı məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın Almaniyadan qoşun çıxarmaq qərarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Almaniya gələcək missiyalarda Böyük Britaniya, Fransa, İtaliya və Polşanı əhatə edən “Beşlər qrupu” ilə sıx əməkdaşlıq edəcək.

Nazirin sözlərinə görə, ABŞ-ın, Almaniya da daxil olmaqla, Avropadan qoşun çıxarması əvvəlcədən proqnozlaşdırılırdı.

Qeyd edək ki, Pentaqon Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması planını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR