NATO Baş katibi: Ukraynanın döyüş meydanında vəziyyəti son dərəcə çətindir

NATO Baş katibi: Ukraynanın döyüş meydanında vəziyyəti son dərəcə çətindir
# 21 fevral 2024 18:16 (UTC +04:00)

Ukrayna qüvvələrinin Avdeevkadan çəkilməsi döyüş meydanında vəziyyətin son dərəcə çətin olduğunu göstərir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə açıqlamasında deyib.

“Bu həftə Rusiyanın Ukraynanı genişmiqyaslı işğalının ikinci ildönümüdür. Ukraynanın Avdeyevkadan geri çəkilməsi döyüş meydanında vəziyyətin son dərəcə çətin olduğunu göstərir, lakin ukraynalılar bir daha gözləntiləri aşdılar. NATO Ukraynaya dəstəyini davam etdirir. Təkcə son bir neçə gündə müttəfiqlər hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri və F-16-lar üçün avadanlıq da daxil olmaqla, milyardlarla avro dəyərində hərbi yardım paketlərini açıqlayıblar”, - Stoltenberq bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR