NATO Hərbi Komitəsinin Gürcüstana səfəri başlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, NATO-nun ən ali hərbi orqanı sayılan Hərbi Komitənin üzvlərini daşıyan təyyarə Tbilisi Beynəlxalq Hava Limanına enib.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, 7-8 oktyabr tarixlərində davam edəcək səfər çərçivəsində dördüncü dəfə Gürcüstanda Hərbi Komitənin plenar sessiyası keçiriləcək.
NATO Hərbi Komitəsinə admiral Rob Bauer rəhbərlik edir.